23.02.2024-cü il tarixində Tarix-Coğrafiya fakültəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbir Xocalı soyqırımı qurbanları və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dos.G.Fətəliyeva, Tarix -Coğrafiya fakültəsinin dekanı, dos.U.Həsənov, Sosial fənlər kafedrasının f.ü.f.d. Ü.Balakişiyev, Azərbaycan tarixi kafedrasının müəllimi F. Vəliyev və tələbələr çıxışlarında Xocalı faciəsi Azərbaycan tarixinin qanla yazılmış səhifələrdən biridir. Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu hadisələrə siyasi qiymət verildi. 44 gün davam edən Zəfər savaşında Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edə bildi. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, Azərbaycan-erməni münasibətlərinin qarşıdurmasının nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. “Xocalıya ədalət” layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır”.