27 fevral 2024-cü il tarixində Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi 3 kursunda Ümumi tarix kafedrasının müəllimi Tağıyeva Afərim Vüqar qızı Tarixin tədrisi metodikası fənnindən “Müəllimin tədris metodiki hazırlığı və tarix dərsinin xarakteristikası” mövzusunda açıq dərsi olmuşdu. Dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dos. U.Həsənov, tədris məsələləri üzrə dekan müavinin baş müəllim N.Hacıyev və kafedranın müəllimləri iştirak etmişdi.
Dərsdə Tarix müəlliminin hazırlığının əhəmiyyət və mərhələləri, İcmalın plandan fərqi, Metodik ədəbiyyatla müəllimin işi, Açıq dərslər müəllimin təcrübəsini başqasına vermək vəasitəsidir, Müəllimin şəxsi kitabxanası və onun tədrisə hazırlaşması, Dərs tədris-tərbiyə işinin əsas təşkilat formasıdır, Tarixin təlimində tarixi biliklərin mənimsənilməsi məsələsi, Tarix dərsinə verilən müasir tələblər və məsələlər müzakrə olundu. Dərs prosesində həm tələbələrin izahlarına əlavələr edir, həm də ona verilən sualları cavablandırırdı ki, bu da mövzunun hərtərəfli mənimsənilməsini təmin etdi. Tələbələrin fəallığı yüksək səviyyədə idi.