“Sosial qruplar və ailənin sosiologiyası” mövzusunda açıq dərs keçirilmişdir

29 noyabr  2024-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının I kursunda  Sosial fənlər kafedrasının müəllimi Rəhimova Gülnar Yaşar qızının “Sosiologiya” fənnindən “Sosial qruplar və ailənin sosiologiyası” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə Sosial qrup anlayışı və qrupların təsnifatı, Qrupun öyrənilməsinin əsas istiqamətləri, Sosial qrupların dinamikası. Ailənin tipologiyası, Ailənin sosial funksiyaları və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Sosial fənlər kafedrasının müdiri dos.Cavid Bağırzadə, Ümumi tarix kafedrasının müdiri dos. Etibar Musayev, Sosial fənlər kafedrasının baş müəllim Şəhriyar Quliyev və müəllim Yeganə Əhmədova iştirak etmişlər.