
Tarix və coğrafiya fakültəsinin I kurs tələbələri V tədris binasında yerləşən kitabxana ilə tanış olublar. Tanışlıq tələbələrdə oxu mədəniyyətini formalaşdırmaq və elmi ədəbiyyata marağı artıqmaq məqsədilə təşkil olunub.

Kitabxanaın əməkdaşları tələbələrə kitabxananın fəaliyyəti, fondun tərkibi, istifadəyə açıq olan dərslik və elmi mənbələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, kitabxana tələbələrin tədris prosesində və elmi araşdırmalarında mühüm əhəmiyyət daşıyır.

Sonda tələbələrv kitabxanaın fondu ilə yaxından tanış olub, müxtəlif dərs vəsaitləri, ensiklopediyalar və elmi mənbələrlə maraqlanıblar. Onlara kitabxanadan səmərəli istifadə, resurslara çıxış qaydaları barədə məlumat verildi.
