“Coğrafiyadan sinifdənxaric işlər” mövzusunda açıq dərs

IMG_0504      IMG_0491

 

IMG_0485      IMG_0479

23 oktyabr 2017-ci il tarixində Tarix-coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının III kursunda Coğrafiyanın tədrisi metodikası fənnindən “Coğrafiyadan sinifdənxaric işlər” mövzusunda Coğrafiya kafedrasının baş müəllimi Sadıqov Təvəkkül Tofiq oğlunun açıq dərsi keçirilmişdir.
Açıq dərsdə sinifdənxaric işin təlim-tərbiyyə işində rolu, məqsədi, coğrafiya dərnəyi, coğrafi məlumatlar, sinifdənxaric oxu, coğrafiya ekskursiyalarından bəhs edilib.
Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, tədris işləri üzrə dekan müavini baş müəllim Niyaməddin Hacıyev, Coğrafiya kafedrasının müdiri dos. Yeganə Əliyeva, Ümumi tarix kafedrasının müdiri Vüsalə Veysəlova, Azərbaycan tarixi kafedrasının müdiri dos. Emma Aslanova, p.ü.f.d . Azər Cəlilov və digər əməkdaşlar iştirak etmişdirlər.