Gündəlik Arxiv: 30 May 2022

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin Aztv-yə müsahibəsi

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə Aztv-yə Azərbaycan Xalq Cümhuriyyəti və Şeyxzamanlılar mövzusunda müsahibə vermişdir. Müsahibədə dosent Cavid Bağırzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Gəncə şəhərinin və Gəncə ziyalılarının rolundan bəhs etmişdir. Bildirmişdir ki, Qafqaz İslam Ordusunun Azərbaycana, o cümlədən də Gəncəyə gətirilməsində Nəsib bəy Yusifbəylinin, Nağı bəy Şeyxzamanlının mühüm rolu olmuşdur. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin […]

Davamı

Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov İctimai televiziyasına müsahibə vermişdir

Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov İctimai televiziyaya Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü haqqında ətraflı müsahibə vermişdir.Müsahibədə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövründə qəbul olunmuş qərarlar, dövlət quruculuğu məsələləri haqqında geniş bəhs olunmuşdur.

Davamı

AMEA Gəncə bölməsində “Gəncə üsyanı-azadlığın bayraqdarı” Respublika elmi konfransı

AMEA Gəncə bölməsində “Gəncə üsyanı-azadlığın bayraqdarı” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və 1918-ci il iyun böhranı” mövzusunda, Ümumi tarix kafedasının baş müəllimi, t.ü.f.d. Nərgiz Rəsulova isə “Gəncə Azərbaycan milli azadlıq hərəkatının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi” mövzusunda məruzə ilə çıxış etmişdilər.

Davamı

Azərbaycan tarixi kafedrasnın dosenti Cavid Bağırzadə və Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun müsahibəsi

Tarix-Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə və Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov Xəzər televiziyasının çəkdiyi və 28 may 2022-cil ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümü münasibətilə efirə getmiş “Vəfa borcu: Batumi əməliyyatı” adlı sənədli filmə çəkilişlər. Tarixçilər sənədli filmdə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü, Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi və […]

Davamı

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə Xəzər televiziyasına müashibə vermişdir

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə Xəzər televiziyasına Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü ilə əlaqədar müsahibə vermişdir. Müsahibədə Qafqaz İslam Ordusunun Azərbaycan gətirilməsi və Azərbaycanın bolşevik-daşnak qüvvələrinə qarşı mübarizəsi haqqında ətraflı məlumat verilmişdir.

Davamı

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin Azad Azərbaycan (ATV) televiziyasına müsahibəsi

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə 1920-ci ilin may ayında bolşevik işğalına qarşı azadlıq uğrunda baş vermiş Gəncə üsyanı haqqında ATV Azad Azərbaycan televiziyasına müsahibə vermişdir. Gəncə üsyanı Azərbaycan Xalq Cümhuriyyətini işğal edən bolşevik işğalçı ordusuna qarşı baş vermiş ən böyük üsyan olmuşdur. Üsyan zamanı Gəncə 10 mindən çox itki vermişdir. Gəncə üsyanı Azərbaycan xalqının […]

Davamı