Yeni Azərbaycan Partiyasının yaranmasının 25- ci il dönümü münasibətilə tədbir

IMG_0665 IMG_0658 IMG_0659 IMG_0660

Tarix-coğrafiya fakültəsində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, GDU-nun ərazi partiya təşkilatının sədri, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə, Tarix-coğrafiya fakültəsinin dekanı dos. Urfan Həsənov, Azərbaycan tatixi kafedrasının müdiri dos. Emma Aslanova iştirak etmişdir.

Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında rolu və yeri, ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini, Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətindən, Ümummilli Lider Heydər Əliyevin  əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs etmişlər.