Təcrübəçi tələbənin sınaq dərsi keçirilmişdir

Gəncə şəhər 43 nömrəli  tam orta məktəbdə Tarix-Cografiya  fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Salmanova Türkanə Nazim qızının  Ümumi tarix fənnindən  “Amerika Birləşmiş Ştatlarının yaranması” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə təcrübə rəhbəri baş müəllim Xəyalə Əsgərova, Tarix müəllimi Nurlana İsmayılova və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər.

Müəllimə dərsin ilk beş dəqiqəsini Mart soyqırımına həsr etdi. O, bildirdi ki, Mart soyqırımı təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı ermənilərin törətdiyi ən ağır cinayətlərdəndir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi bu vandalizm aktlarında on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Yüzlərlə şəhər və kəndlərimiz, milli memarlıq incilərimiz, məktəblər, xəstəxanalar və digər abidələrimiz dağıdılıb. Mart qırğınlarında 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd dağıdılıb, əhalisi misli görünməmiş amansızlıqla öldürülüb.

Bu dəhşətli soyqırımı aktına Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1918-ci il soyqırımına dair genişmiqyaslı araşdırmalar aparılıb. Erməni millətçiləri tərəfindən törədilmiş cinayətlər haqqında yeni faktlar aşkara çıxarılıb.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.