31 Mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə bölməsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda  “Ermənilərin soyqırım siyasətinin tarixi kökləri” mövzusunda məruzə etmişdir.