Təcrübəçi tələbənin sınaq dərsi

Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbində Universitetinin Coğrafiya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Həsənli Səmanın Coğrafiya fənnindən 6-cı sinifində “Dünyanın meşə qurşaqları” mövzusunda sınaq dərsi keçirildi.

Dərsdə Tədrisin təşkili və təlim texnologiyalar üzrə prorektoru Şahin Xurşudov, Tarix-coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, təcrübə rəhbərləri Nəsibə Hacıyeva, Ulduz Əliyeva və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər.

Dərsdə təcrübəçi tələbə Səma Həsənli mövzu ilə əlaqədar olaraq, yer üzərində böyük əhəmiyyətə malik olan meşələr haqqında ətraflı məlumat verdi.

Meşənin əsas xüsusiyyətləri bitki örtüyünün altında formalaşan mikroiqlimdir. Meşənin mikroiqlimi ətraf mühitin iqlimindən fərqlidir. Açıq ərazilərdən fərqli olaraq meşədə qış mövsümündə havanın temperaturu 3–5 °C yüksək olur. İsti yay günlərində isə əksinə, temperatur bir neçə dərəcə aşağı enir.

Meşədə rütubətlilik də yüksək səviyyədə olur. Ağacların çətiri günəş şüalarının qarşısını kəsərək kölgəlik əmələ gətirir və güclü küləklərin qarşısını alır. Bütün bu amillər müxtəlif meşə bitkiləri və heyvanların həyatı üçün əlverişlı yaşayış mühütü yaradır. Ağacların çətiri altında toxumlar da inkişaf edir.

Dərsin sonunda Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Şahin Xurşudov qeyd etdi ki, təcrübəçi tələbə Səma Həsənli dərsi müasir təlim metodlarına uyğun təşkil etmişdir. Dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.