Tarix-coğrafiya fakültəsində seçmə fənlərin müəyyən edilməsi
18 aprel 2025-ci il tarixində Tarix-Cografiya fakültəsində 2025-2026-cı tədris ilində Tarix, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi ixtisaslarından tədris olunan seçmə fənn blokuna daxil fənnlər ilə əlaqədar olaraq Azərbaycan tarixi və Sosial fənlər kafedralarının əməkdaşları I-II-III-kurs tələbələrilə görüş keçirmişlər. Onlar seçmə fənn bloklarına daxil olan fənlərin təsviri, məqsədi və əhəmiyyəti ilə bağlı tələbələrə məlumatlar vermişdirlər.