Ümumi tarix
Ümumi tarix kafedrası
Ümumi tarix kafedrası 1991-ci ildə SSRİ tarixi kafedrasının əsasında yaradılmışdı. Kafedra fəaliyyətə başladığı ildən Tarix- filologiya fakültəsinin tərkibində olmuşdur. Tarix, Tarix müəllimliyi, Tarix- coğrafiya ixtisasları üzrə kadrlarının hazırlanması ilə məşğul olan fundamental kafedralardan biridir. Kafedra Respublikanın ixtisas təmayüllü Ali məktəb kafedraları arasında yeri və mövqeyi olan kafedralardan birinə çevrilmişdir. Tarix, Tarix müəllimliyi, Tarix- coğrafiya ixtisaslarında tədris edilən fənlər Ümumi tarix kafedrasında cəmlənmişdir. Ümumi tarix kafedrası yarandığı vaxt 12 müəllim, 3 nəfər tədris- köməkçi heyəti ilə fəaliyyətə başlamışdır. Həmin dövrdə kafedrada 5 elmlər namizədi, dosent: dos.V. Hüseynov, dos. Z. Süleymanov, dos. Ə. Zahidov, dos. R. Məhərrəmov, dos. K. İbrahimov fəaliyyət göstərmişlər. O cümlədən bir baş müəllim və 6 müəllim- b/m A. Qafarov, müəllimlər: C. Tağıyev, V. Veysəlova, G. Mustafayeva , Ə. Məmmədov, C. Məmmədov, G. Allahverdiyeva fəaliyyət göstərmişlər.
1991-1995- ci illərdə kafedraya dos. V. Hüseynov rəhbərlik etmişdir.
1995-2008- cı illərdə kafedraya dos. S. Mirzəyev rəhbərlik etmişdir.
2008- 2011- ci illərdə kafedraya prof. H. Sadıqov rəhbərlik etmişdir.
2011- 2013- cü illərdə kafedraya dos. P. Kərimzadə rəhbərlik etmişdir.
Ümumi tarix kafedrasının elmi- pedoqoji kollektivi 23 nəfərdən ibarətdir. Onlardan 1 nəfəri elmlər doktoru, professor, 6 nəfər elmlər namizədi, dosent, 4 nəfər tarix üzrə fəlsəfə doktoru, baş müəllim, 9 nəfər baş müəllim, 3 nəfəri müəllimdir. Kafedranın tədris- köməkçi heyəti 7 nəfərdir.Onlardan 1 nəfər kabinə müdiri, 4 nəfər böyük laborant, 2 nəfər laborantdır.
2013 –cü ildən hal- hazıradək kafedraya dos. V. Veysəlova rəhbərlik edir.