ƏLİYEVA YEGANƏ DƏMİR QIZI

Tel: 051-766-62-02

Dosent, kafedra müdiri

QISA BİBLİOQRAFİK MƏLUMAT

  • 01.04.1958-ci ildə Şamxor (indiki Şəmkir) rayonunun Seyfəli kəndində ziyalı ailəsində anadan olmuşdur. 

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1964-cü ildə Şəmkir rayonunun Seyfəli kəndində 1-ci sinfə getmişdir.
  • 1974-cü ildə Gəncə şəhər 28 saylı beynəlmiləl orta məktəbini bitirmişdir.
  • 1976-cı ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun biolgiya-kimya fakultəsinin biologiya-kimya ixtisasına daxil olmuşdur.
  • 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun həmin ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • Ali təhsilimi başa vurduqdan sonra təyinatla Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində biologiya-kimya müəllimi kimi fəaliyyətə başlamışdır.
  • Ailə vəziyyətilə əlaqədar olaraq təyinatdan azad olunduqdan sonra 1983-cü ildən 1988-ci ilə qədər Konstruktor Texnologiya İnstitutunda əvvəl baş laborant, sonra 1-ci dərəcəli mühəndis-texnoloq işləmişdir.
  • 1988-2004-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Aqrar Universitetinin ) “ Ekologiya və meşəçilik ” kafedrasında laborant, baş laborant, assistent, baş müəllim vəzifəsində çalışmışdır.
  • 2001 – ci ildən  YAP – ın üzvüdür.
  • 2004-cü ildən Gəncə Dövlət Universitetində çalışır. 2012 – ci ildən Gəncə Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiridir.

İş təcrübəsi

Elmi fəaliyyəti.

1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Botanika” kafedrasının dissertantı olmuşdur. Dissertasiya işiylə əlaqədar Gəncə-Qazax bölgəsinin müxtəlif rayonlarında fenoloji müşahidələr aparmışdır. Həmin ərazilərin torpaq örtüyü ilə tanış olub, torpaq nümunələri götürmüşdür “Gəncə-Qazax bölgəsinin torpaq ekoloji şəraitində yunan qozunun inkişafı və yayılması” mövzusunda elmi-tədqiqat işinin yerinə yetirilməsi ilə bağlı laboratoriya analizləri Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyası “Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriyasında k.t.e.d. prof. əməkdar elm xadimi Akif Paşa oğlu Gərayzadənin rəhbərliyi və elmi məsləhəti ilə yerinə yetirmişdir.

         Bütün laborator analizlərin nəticələri qəbul olunmuş müvafiq metodikalar əsasında riyazi-statistik hesablamalar apararaq dəqiq nəticələr əldə olunmuşdur.

         2003-cü ildə apardığı “Gəncə-Qazax bölgəsinin torpaq ekoloji şəraitində yunan qozunun inkişafı və yayılması” adlı elmi-tədqiqat işlərini yekunlaşdıraraq namizədlik dissertasiyası müdafiə etmişdir və Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi (torpaqşünaslıq ixtisası üzrə 03.00.27.) alimlik elmi dərəcəsi almışdır.

 Pedaqoji fəaliyyəti. 1994-cü ildə Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitetinin) “Ekologiya və meşəçilik” kafedrasında assistent,sonra baş müəllim işləmişdir.

         2004-cü ildən Gəncə Dövlət Universitetinin “Coğrafiya” kafedrasında pedaqoji fəaliyyətii davam etdirmişdir. 2012-ci ilin mart ayının 16-da müsabiqə yolu ilə “Coğrafiya” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur.

 Elmi fəaliyyətdə aldığı ən mühüm nəticələr.

Ən mühüm elmi nəticələrin məzmunu, çap olunduğu jurnal, tətbiqi, elmi və ictimai faydalılığı.

Tədqiqat aparılan ərazinin  torpaq ekoloji şəraiti, orada yayılmış torpaq tipləri, onların aqrokimyəvi xüsusiyyətləri, həmin ərazilərdə yunan qozunun becərilməsi, məhsulun artımı, torpaq münbitliyinin bitkinin məhsuldarlığına təsiri öyrənilmiş, iqtisadi səmərəliliyi haqqında ətraflı nəticələr toplanmışdır.

Tədqiqat işinin nəticələri aşağıdakı jurnallarda çap olunmuşdur.

“Paзнообразные форм грецкого ореха на Малом Кавказе» adlı məqalə Тезисы Всесоюзной конф. Студентов молодых ученых и снециалистов 21-25 октбр 1991г. Гнджа Биохимические   показатели плодов некоторых форм и сортов грецкого ореха в западной зоне Азербайджана. Труды общества почвоведов Азербайджана. Баку-1998,”Gəncə-Qazax bölgəsində yunan qozu becərilən torpaqların fiziki-kimyəvi göstəriciləri,” GDU-nun elmi əsərlər məcmuəsi. Bakı,Nurlan 2003.17 elmi-metodik məqalənin, “Антропогенные ландшафты. Почвенно-экологические услови Гнджа-Казахского массива и его оценка дл возделывани грецкого ореха”(2007) və” Təbii ehtiyatların mühafizəsi və ekoloji problemlər”(2010) dərs vəsaitlərinin, bir neçə fənn proqramlarının(bakalavr pilləsində – Geologiya-geomorfologiya, landşaftşünaslıq, Xəzər dənizinin fiziki coğrafiyası, magistr pilləsində-Azərbaycanın geomorfologiyası, Azərbaycan landşaftları, Azərbaycanın təbiət abidələri və qoruqları, Azərbaycanın torpaq və bitki örtüyü onların antropogen transformasiyası) müəllifidir.

Beynəlxaq elmi konfranslarda simpozium və qurultaylarda iştirakçılıq (konfransların adı, məruzələrin adı, yeri və s.). Beynəlxalq konfranslarda iştirak etməmişdir. Azərbaycan Respublikasında torpaq islahatının elmi təminatı Respublika konfransında” (Bakı,29-30 oktyabr, 2002-ci il)

“Почвенно-климатические услови и перспективы производства грецкого ореха» adlı geniş məqalə ilə çıxış etmişdir.

2017 – ci ildə  Udmurtiya Respublikasının  İjevski şəhərində keçirilən Ümumrusiya  Elmi – Praktik  konfransında   iştirak edərək sertifikat almışdır.

         50 – yə yaxın elmi məqalənin , 1 monoqrafiyanın, 5  dərs vəsaitinin müəllifidir.

İctimai-sosial həyatda iştirakçılıq. Şəhər və universitet tədbirlərində fəal iştirak edir.                                                                                           

Ailəlidir, 3 övladı var.