Sosial fənlər
“Sosial fənlər” kafedrası
Gəncə Dövlət Universitetində əvəllər marksizim – leninizim kimi fəaliyyət göstərən bu kafedranı fəlsəfə elmləri doktoru, professor, prezident təqaüdçüsü, dörd il 1975-1979-cu illərdə Gəncə Dövlət Pedoqoji İnstitutunun rektoru işləmiş Qabil Saleh oğlu Seyidov 1968-ci ildə kafedranın profilinə uyğun olaraq fəlsəfə kafedrası yaratmışdır. 2012-ci ildə Fəlsəfə kafedrası Sosial fənlər kafedrası ilə əvəz olunmuşdur. 1968-ci ildə kafedrada 2 nəfər elmi dərəcəli müəllim çalışırdı və kafedraya rəhbərlik ( 1968-1975-ci illərdə) fəlsəfə elmləri doktoru, professor Qabil Seyidova tapşırıldı. Qabil müəllimin yüksək təşkilatçılığı nəticəsində kafedranın maddi-texniki bazası daha da yaxşılaşmışdır. 1979-1984-cü illərdə kafedra müdiri Məmmədəli Məmmədov olmuşdur. 1984-2001-ci ilə qədər kafedra müdiri vəzifəsinə fəlsəfə elmlər namizədi, dosent Səyyad Məmmədov seçilmişdir. 2001-ci ildən 2011-ci ilədək Sosial fənlər kafedrasına dosent Vəkil Aşırov rəhbərlik edib. 2011-ci ilin iyun ayından dosent Cavad Tağıyev kafedra müdiri seçilib. 2016-cı ildən-2022-ci illərdə Sosial fənlər kafedrasına dosent Asim Məmmədov rəhbərlik edib. 2023-cü ildən Sosial fənlər kafedrasına dosent Cavid Bağırzadə rəhbərlik edir.
Kafedranın 20 nəfər professor-müəllim heyəti vardır. Elmi potensialı güclüdür.
Kafedranın müəllim heyəti 1 dosent, 1 fəlsəfə üzrə fəlsəfə doktoru,1 pedoqoji üzrə fəlsəfə doktoru, 2 baş müəllim, 15 müəllimdən ibarətdir.
Kafedranın 6 nəfər tədris köməkçi heyəti vardır.
Kafedrada tədrisin keyfiyyətinin yaxşılaşdırılması, onun günün tələbləri səviyyəsinə qaldırılması üçün kafedrada dərslik, dərs və metodik vəsaitlərin yazılmasına və nəşrinə ciddi fikir verilir.
Tədris olunan fənlər:
Bakalavr ixtisası üzrə
- Sosial işə giriş
- Sosial iş nəzəriyyəsi və təcrübəsi
- Sosial iş təcrübəsində etik prinsiplər
- Genderə giriş
- Fərdlər, qruplar və ailələrlə sosial iş
- Sosial işdə riyazi metodlar
- Sosial işdə tədqiqat metodları
- Azərbaycanda sosial yardım sistemi
- Sosial siyasət
- Sosial siyasi təhlil və lobbiçilik
- Sosial proqramlar və xidmətlər
- Qloballaşma və beynəlxalq sosial iş
- Sosial iqtisadi mühit sosial işə təsiri
- Heydər Əliyev və Azərbaycan dövlətçiliyi
- Sağlam davranış nəzəriyyəsi
- Foster ailələr və de-institutlaşma dövlət siyasəti və beynəlxalq təcrübə
- Uşaq və yeniyetmələrlə sosial iş
- Fəlsəfə
- Politologiya
- Sosiologiya
- Multikulturalizmə giriş
- Azərbaycan Respublikası Konstitutsiyası və hüququn əsasları
- Sosial tədqiqata giriş
- Siyasi elmin əsasları
- Milli təhlükəsizlik
- İnsan inkişafının əsasları
- İnzibati hüquq
- Məntiq
Magistratura ixtisasları üzrə
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
- Sosial işə giriş
- Sosial iş nəzəriyyəsi və təcrübəsi
- İnsanın sosial mühitdə davranışı
- Ailə və uşaqlarla sosial işin əsasları
- Qruplarla psixososial iş və qrup terapeyası
- Elmi tədqiqatın təşkili və qiymətləndirilməsi
- Sosial iş etikası və insan müxtəlifliyi
- Sosial işin tədrisi metodikası
- Sosial işin sahə təcrübəsi
- Qruplarla psixososial iş
- Sosial xidmət siyasəti
- Təqdiqat üsulları
- Sosial sığorta
Gənclərlə iş
- Sosial işə giriş
- Sosial iş nəzəriyyəsi və təcrübəsi
- İnsanın sosial mühitdə davranışı
- Xüsusi qayğıya ehtiyac olan gənclərlə sosial iş
- Gənclərin məşğulluğu və onun tənzimlənməsi
- Gənclərlə sosial işdə tədqiqat metodları
- Gənclərlə sosial işin hüquqi təminatı
- Gənclərlə bağlı sosial statistika
- Sosial işin tədrisi metodikası
- Deviant davranışlı gənclərlə iş
- Sosial işin psixologiyası
- Gənclərlə psixososial iş
- Təqdiqat üsulları
Sosial fənlər kafedrasının professor-müəllim heyəti bakalavr pilləsi üzrə bütün fakültələrdə mühazirə və seminar dərsləri aparır. Eyni zamanda “Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş” və “Gənclərlə iş” istiqaməti üzrə magistr ixtisasları üzrə kadr hazırlığı aparılr.
Kafedra üzrə tədris planında nəzərdə tutulmuş bütün fənnlər üzrə tədris proqramları hazırlanmış və Elmi Şurada təsdiq edilmişdir. Kafedra əməkdaşları tərəfindən dərslik, dərs vəsaiti və proqramlar hazırlanmışdır.
Tədqiqatların nəticələri respublika və xarici nəşriyyatlarda işıqlandırılıb, respublika, regional və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda məruzələr edilib.
MÜƏLLİM HEYƏTİ
- Kafedra müdiri – Bağırzadə Cavid Vəkil oğlu
- f.ü.f.d. Baş müəllim – Balakişiyev Üzeyir Qara oğlu
- p.ü.f.d Baş müəllim – Cəlilov Azər Müzadil oğlu
- Baş müəllim – Ramazanova Qərənfil Əhməd qızı
- Baş müəllim – Quliyev Şəhriyar Nizami oğlu
- Müəllim – Əhmədova Yeganə Mehman qızı
- Müəllim – İsayeva Aytən Cabbar qızı
- Müəllim – Abdullayeva Ləman İsrafil qızı
- Müəllim – Rəhimova Gülnar Yaşar qızı
- Müəllim – Əliyev Ramin Ramiz oğlu
- Müəllim – Əliyev Sədrəddin Malik oğlu
- Müəllim – Verdiyeva Sevinc Arif qızı
- Müəllim – Axundova Lamiyə Ramiz qızı
- Müəllim – Fərhadova Qumru Misir qızı
- Müəllim – Məmmədova Pərvanə İsmayıl qızı
- Müəllim – Yusibova Günel Yalçın qızı
- Müəllim – Babayeva Gülşən Ziyad qızı
- Müəllim – Hüseynova Günel Fariz qızı
- Müəllim – Mustafayev Nofəl Qara oğlu
- Müəllim – Tağızadə Mələk Fariz qızı
TƏDRİS KÖMƏKÇİ HEYƏTİ
- Kabinə müdiri – Məmmədova Sevinc Sarı qızı
- Kabinə müdiri – Cəfərova Fazilə İlyas qızı
- Böyük Laborant – Həsənova Ruhimə Arif qızı
- Böyük Laborant – Xəlilova Gülafət Faxrəddin qızı
- Böyük Laborant – Ələkbərova Ülviyyə İsrafil qızı
- Laborant – Rzayeva Aytac Cəlaləddin qızı