Kateqoriya Arxivləri: Tarix-coğrafiya fakültəsi

31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günüdür

Bu gün – 31 dekabr tarixində bütün dünyada yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edir. Eyni zamanda, bu tarix Yeni ilin astanası olmaqla xüsusi rəmzi məna daşıyır. Bu əlamətdar günün əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Bu gün 1992-cü ildən etibarən rəsmi olaraq qeyd olunur.  Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, həmrəylik və azərbaycançılıq ideyalarının təbliği […]

Davamı

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir  keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.     Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq görkəmli şairin ömür yoluna […]

Davamı

“Ağqoyunlu dövləti” mövzusunda açıq dərs keçirilmişdir

09 dekabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının I kursunda Azərbaycan tarixi kafedrasının t.ü.f.d. Məmmədov İlham Adil oğlunun Azərbaycan tarixi-1 fənnindən “Ağqoyunlu dövləti” mövzusunda açıq dərsi keçirilmişdir. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbələr ödənildi. Açıq dərsdə Azərbaycan […]

Davamı

12 dekabr-Ümummilli lider Heydər Əliyevin anım günüdür

12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya siyasi tarixində özünəməxsus yeri olan Ulu Öndər Heydər Əliyevin anım günüdür. Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyevi sonsuz sevgi, hörmət və ehtiramla yad edirik.

Davamı

“Ziya Bünyadov irsi:tarix,elm və cəmiyyət” adlı elmi konfrans

09 dekabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsində “Ziya Bünyadov irsi: tarix, elm və cəmiyyət” adlı elmi konfrans keçirilib. Konfrans Azərbaycan tarixi kafedrasının və fakültənin mətbu orqanı olan “Zəfər Yolu” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə fakültə dekanı dos. Urfan Həsənov, humanitar məsələlər üzrə dekan müavini dos. Azər Cəlilov, Azərbaycan tarixi kafedrasının müdiri […]

Davamı

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” mövzusunda açıq dərsi keçirilmişdir.

2 dekabr 2025-ci il tarixində Tarix vəcoğrafiya fakültəsinin Sosial iş ixtisasının III kursunda Sosial fənlər kafedrasının müəllimi Yusibova Günel Yalçın qızının “Sosial proqramlar və xidmətlər” fənnindən ” Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” mövzusunda açıq dərsi keçirilmişdir. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn […]

Davamı

Tarix və coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib

28 noyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şurada fakültənin dekanı dos. U.Həsənov gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. İslasda gündəlikdə duran məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.

Davamı

Tarix və coğrafiya fakültəsinin “Zamanın xəritəsi” tələbə klubunun üzvləri ekskursiyada olublar

26 noyabr 2025-ci il tarixində “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə tələbə klubunun üzvləri və fakültə tələbələri üçün “Gəncə Şərab Zavodu” na ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın rəhbəri Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov olmuşdur. Ekskursiya çərçivəsində tələbələr “Gəncə Şərab Zavodu”nun keçən əsrdə inşa olunmuş tarixi binası ilə yaxındaan tanış olublar. Onlar binanın memarlıq üslubu, tikilmə […]

Davamı

“Can”, “Have to” modal felləri, “Citybikes” mövzusunda açıq dərs

27 noyabr 2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının I kursunda  Praktik xarici dillər kafedrasının müəllimi Hüseynova Şəhla Ələkbər qızının Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən “Can”, “Have to” modal felləri, “Citybikes” mövzusunda açıq dərsi olmuşdur. Müəllimə dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə […]

Davamı

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının (YAP) 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş […]

Davamı