Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının (YAP) 33 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında bildirib ki, 1991-ci ildə Azərbaycan Respublikası çox mürəkkəb və təhlükəli bir tarixi mərhələnin astanasında idi. O dövrdə baş verən hadisələr, yaranmış siyasi boşluq dövlətin müstəqilliyini ciddi şəkildə təhdid edirdi. Yeni müstəqillik qazanmış respublika öz dövlətçiliyinin möhkəmləndirilməsi üçün daxili siyasi sabitliyə böyük ehtiyac duyurdu. Belə bir şəraitdə bu dövrün çağırışları Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edirdi. Partiyanın təsis edilməsi yalnız siyasi hadisə deyil, həm də zamanın sınağından çıxmaq üçün xalqın istəyinə söykənən tarixi missiya idi. 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkədə siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və idarəetmənin institusional əsaslarının qurulması istiqamətində yeni dövr başladı, Ümummilli lider Heydər Əliyevin partiyaya rəhbərliyi isə bütövlükdə Azərbaycan dövlətinin xilası və gücləndirilməsini təmin etdi.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha genişlənir və bu, Dövlətimizin Başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir. Bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.

Daha sonra Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Yeni Azərbaycan Partiyası dünənin, bu günün  və gələcəyin partiyasıdır”, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva “Yeni Azərbaycan Partiyası- dövlətçiliyin, sabitliyin və inkişafın əsas dayağı”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Azərbaycanın milli dövlətçilik tarixində Yeni Azərbaycan Partiyasının rolu”, Coğrafiya kafedrasının baş müəllimi Arifə Əhmədli “Yeni Azərbaycan Partiyası gənclərin siyasi inkişafının yeni modeli kimi”, Tarix və  Coğrafiya müəllimliyi ixtisasının III kurs tələbəsi Kamran Məhərrəmov “Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirdə vətənpərvərliyə aid şeirlər səsləndirilib.