

2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başladı. İmtahanlar yazılı, test üsulu ilə keçirilir. İmtahan sessiyasının keçirilməsi üçün lazımi şərait yaradılıb. Bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb. İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” təşkil olunub. Həmçinin imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də tələbə valideynlərindən ibarət “İctimai nəzarət şurası” yaradılıb. İmtahanlar kameralarla təhciz olunmuş auditoriyalarda keçirilir və imtahan nəticələrinin həmin gün, müstəsna hallarda isə növbəti gün tələbələrə elan olunması nəzərdə tutulur.