TARİX VƏ COĞRAFİYA FAKÜLTƏSİNDƏ PAYIZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLADI
2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başladı. İmtahanlar yazılı, test üsulu ilə keçirilir. İmtahan sessiyasının keçirilməsi üçün lazımi şərait yaradılıb. Bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb. İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da “İmtahan […]