




09 dekabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsində “Ziya Bünyadov irsi: tarix, elm və cəmiyyət” adlı elmi konfrans keçirilib. Konfrans Azərbaycan tarixi kafedrasının və fakültənin mətbu orqanı olan “Zəfər Yolu” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə fakültə dekanı dos. Urfan Həsənov, humanitar məsələlər üzrə dekan müavini dos. Azər Cəlilov, Azərbaycan tarixi kafedrasının müdiri dos. Gülara Əliyeva, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, həmçinin fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfransın gedişində tələbələr akademik Ziya Bünyadovun elmi irsi və tarixşünaslıq sahəsinə töhfələrinə həsr etdikləri məqalələrlə çıxış ediblər. Onların tədqiqamtlarında alimin araşdırmalarının müasir tarix elmi üçün əhəmiyyəti və müxtəlif istiqamətlər üzrə apardığı tədqiqatların nəticələri geniş şəkildə işıqlandırılıb.