




26 noyabr 2025-ci il tarixində “Zəfər Yolu” qəzetinin təşkilatçılığı ilə tələbə klubunun üzvləri və fakültə tələbələri üçün “Gəncə Şərab Zavodu” na ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın rəhbəri Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov olmuşdur.
Ekskursiya çərçivəsində tələbələr “Gəncə Şərab Zavodu”nun keçən əsrdə inşa olunmuş tarixi binası ilə yaxındaan tanış olublar. Onlar binanın memarlıq üslubu, tikilmə səbəbi, hansı məqsədlərlə istifadə edilməsi və Gəncənin tarixi irsindəki yeri barədə ətraflı məlumat verildi.
Bildirildi ki, bu bina uzun illər ərzində şəhərin iqtisadi inkişafında mühüm rol oynayıb və XX əsrin sənaye memarlığının diqqət çəkən nümunələrindən biridir. Ekskursiya iştirakçıları binanın qorunub saxlanılan tarixi elementlərini keçdiyi inkişaf yolunu əks etdirən eksponatları maraqla izləyiblər.
Ekskursiya tələbələrin biliklərinin zənginləşməsində mühüm töhfə verir.