




28 noyabr 2025-ci il tarixində Tarix və coğrafiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şurada fakültənin dekanı dos. U.Həsənov gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
- Tələbələrin asudə vaxtının təşkili sahəsində görülən işlər haqqında
- Ayrı-ayrı kurslar üzrə aylıq məlumatların verilməsi vəziyyəti haqqında
- Açıq dərslərin aparılması və müzakirəsi vəziyyəti haqqında
- Professor-müəllim heyətinin seçkisi
- Ümumi tarix kafedrasının baş müəllimi Əsgərova Xəyalə İsrail qızının fərdi hesabatı
- Cari məsələ
İslasda gündəlikdə duran məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.