“Misir yeni və son səltənət dövründə” açıq dərs

17.10.2024-cü il tarixində Ümumi tarix kafedrasının baş müəllimi Əsgərova Xəyalə İsrayıl qızı Tarix-Coğrafiya fakültəsinin Tarix ixtisasının 1 kursunda Şərq tarixi -1 fənnindən “Misir yeni və son səltənət dövründə” mövzusunda açıq dərs olmuşdur. Müəllim açıq dərsdə Misir dövlətinin e.ə. XVI-XI əsrdə güclü imperiyaya çevrilməsi, XX sülalənin dövründə imperiyanın zəifləməsi, yadelli hücumlara məruz qalması, Liviya-Sais dövrü, Asuriyanın Misiri işğal etməsi, Misirin Əhəmənilər tərəfindən işğalı və sonda Roma imperiyasının əyalətinə çevrilməsi kimi məsələlərə toxunmuşdur.

Açıq dərsdə Ümumi tarix kafedrasının dos. R.Məhərrəmov, dos. B.Hüseynli, dos. S.İsmayılzadə iştirak etmişdilər.