Dosent Bağırzadə Cavid Vəkil oğlu

Cavid Bagirzade

Tarix üzrə fəlsəfə doktoru, GDU-nun Azərbaycan tarixi kafedrasının dosenti

Telefon: +(994) iş-022-256-14-98;

    QISA BİOQRAFİK MƏLUMAT

1977-ci il aprelin 4-də Azərbaycan Respublikasının Ağdərə rayonunun  Umudlu kəndində anadan olmuşdur.

1984-1992-ci illərdə Ağdərə rayon M.Əzizbəyov adına Umudlu kənd orta məktəbində oxumuşdur.

1994-cü ildə Tərtər şəhər 1 saylı orta məktəbi bitirmişdir.

     TƏHSİLİ və ELMİ DƏRƏCƏ ADLARI

1999-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildə GDU-nun “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisaslaşması üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir.

2011-ci ildə “Tərtər-Kəlbəcər bölgəsinin ilk orta əsr abidələri” mövzusunda 07.00.06-Arxeologiya üzrə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

     ƏMƏK FƏALİYYƏTİ

2001-ci ilin sentyabrından GDU-nun Azərbaycan tarixi kafedrasında müəllim

2001 oktyabr-2002 oktyabr- Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

2008-ci ilin yanvar ayından GDU-nun Azərbaycan tarixi kafedrasında baş müəllim

30 -dan çox elmi məqalənin, altı kitabın, dörd fənn proqramının müəllifidir.

2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə  yüksək ixtisaslı kadrların hazırlanmasında və səmərəli pedaqoji fəaliyyətinə görə   “Fəxri Fərman” la təltif edilmişdir.

TƏDQİQAT SAHƏSİ

Azərbaycanın ilk orta əsr arxeologiyası, Qarabağın orta əsr abidələrinin tarixi-arxeoloji tədqiqi, Azərbaycanın XX əsrin əvvəlləri tarixi məsələləri,

BEYNALXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

Azərbaycan Respublikasında keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli konfranslarda iştirak etmişdir.