Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

IMG_20171211_154438IMG_20171211_154508    IMG_20171211_160732IMG_20171211_155443IMG_20171211_154538

Tədbiri giriş sözü ilə açan Tarix-coğrafiya fakültəsnin dekanı dos. Urfan Həsənov  bildirib ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib.

Daha sonra çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.