“Azərbaycan ərəb xilafətinin tərkibində. Xürrəmilər hərəkatı” mövzusunda açıq dərs

IMG_0699 IMG_0703 IMG_0700 IMG_0702

18 dekabr  2017-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının I  kursunda  Azərbaycan tarixi kafedrasının p.ü.f.d., baş müəllimi Behbudova Təranə Gəray qızının Azərbaycan tarixi  fənnindən “Azərbaycan ərəb xilafətinin tərkibində. Xürrəmilər hərəkatı” mövzusunda açıq dərsi olmuşdur.

Açıq dərsdə Ərəb işğalı ərəfəsində Azərbaycanda sosial-iqtisadi vəziyyət, Ərəblərin və xəzərlərin Azərbaycana hücumları, Ərəb-xəzər müharibəsi, ərəb əsarətinə qarşı çıxışlar, Xürrəmilər hərəkatının başlanma səbəbləri və digər məsələlər seminar məşğələsində tələbələrin diqqətinə çatdırlımışdır.

Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova, Ümumi tarix kafedrasının müdiri dos. Vüsalə Veysəlova,  Sosial fənlər kafedrasının müdiri əvəzi dos.Asim Məmmədov və kafedranın digər əməkdaşları iştirak etmişlər.