Tarix-coğrafiya fakültəsində 25 aprel 2018-ci il tarixində Azərbaycan tarixi kafedrasının “Vətən tarixi” ixtisası üzrə elmlər doktor proqramı əsasında dissertant Hüseyn Əlisahib oğlu Bəxtiyarlının “Azərbaycan Respublikasının Beynəlxalq təşkilatlar sistemində fəaliyyəti” mövzusunda doktorluq dissertasiyasının müzakirəsi keçirildi. Müzakirədə professor Həsənbala Sadıqov, professor Mahal Qurbanov, dosent Urfan Həsənov, dosent Emma Aslanova, dosent Vüsalə Veysəlova, dosent Fəxrəddin Usenov, dosent Cavid Bağırzadə və fakültənin digər əməkdaşları iştirak etdilər. Dissertant Hüseyn Əlisahib oğlu Bəxtiyarlının “Azərbaycan Respublikasının Beynəlxalq təşkilatlar sistemində fəaliyyəti” mövzusunda doktorluq dissertasiyasının müdafiəyə tədqim edilməsi ilə bağlı qərar verildi.