Mayın 21-də Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində “Məzun günü” qeyd edildi. Azərbaycan Dövlət Himinin səsləndirilməsi ilə başlayan təbbiri Fakültənin dekanı dosent Urfan Həsənov açaraq məzun tələbələri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyətlərində uğurlar arzuladı. Dekan məzunlara ən xoş arzularını çatdırdı.
Gəncə Dövlət Universitetin Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva və Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadə əziz məzunları təbrik etdilər, onlara dövlətimizin üçün layiqli, savadlı vətəndaşlar olmalarını və Azərbaycanın gələcəyi naminə çalışmagı tövsiyə etmişdilər.
Məzunlar adından Ayxan ürək sözlərini söyləyərək həm sevinc içində olduğunu, həm də kədər hissi keçirdiyini bildirdi. O, yaradılmış şəraitə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirmiş, harada fəaliyyət göstərəcəyindən asılı olmayaraq, doğma ali təhsil ocağının və üzərində əməyi olan müəllimlərinin adını daim uca tutacağını vurğuladı.
Tədbir konsert proqramı ilə davam etdi.