Beynəlxalq Müəllimlər günü

Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər. Hər il  oktyabırın 5 də  müəllimlər günü  qeyd olunur.

Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.

Azərbaycan təhsil tarixində mühüm yeri və rolu olan təhsil ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Respublikanın elə bir bölgəsi yoxdur ki, orada Gəncə Dövlət Universitetinin məzunları  müəllim kimi çalışmasınlar. Azərbaycanın  müəllim ordusu içərisində Gəncə Dövlət Universitetinin məzunlarının mühüm çəkisi vardır.

Hər birimizin  müəllimlər haqqında gözəl təsüratlarımız vardır. Mənə bir hərf öyrədənin köləsi olaram”. Bu sözlər İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur.  Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür – müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər.  Mən bu gün müəllimlərin peşə bayramı münasibəti ilə təbrik edirəm.

Tarix-Coğrafiya fakültəsinin dekanı dos. U.Həsənov