20 yanvar –Ümumxalq hüzn günü ilə bağlı tədbir

20 Yanvar faciəsinin 30-ci ildönümü ilə əlaqədar Gəncə Dövlət Universistetinin Tarix-Coğrafiya fakültəsində tədbir keçirilmişdir.     

Tədbirdə çıxış edən Tarix coğrafiya fakültəsinin dekanı müavini dos. Cavid Bağırzadə, Ümumi tarix kafedrasının professoru Həsənbala Sadıqov, dosent Rəşid Məhərrəmov, Sosial fənlər kafedrasının f.ü.f.d. Üzeyir Balakişiyev, b/m.Qərənfil Ramazanov və Coğrafiya kafedrasının dos. Arifə Əhmədli çıxış etmişlər.

         Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş  ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin  qəhramanları olmuşlar. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX  əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali  kütləvi qətliama məruz qalmışdır.  O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan  nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə  ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra  Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi  qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20  Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq  ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.1990-cı ilin yanvar qırğını  nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları  Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar  faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.