Xalqını sevən siyasətçi – Dahi Heydər Əliyevin 97 illiyi

       Ölkənin və bütün Türk dünyasının müasir tarixində dərin iz buraxan Müasir Azərbaycanın qurucusu Heydər Əliyev 97 il əvvəl bu gün anadan olub. Bu gün çətin həyat və siyasi yol keçən görkəmli insan, dahi Heydər Əliyevin doğum günündən 97 il keçir.

       Heydər Əliyev on illiklər ərzində həm Azərbaycan, həm də Rusiya siyasi arenasında işləyib. 1993-cü ildə isə hökumət böhranından yorulan, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan xalqı həmin vaxt olan ölkə rəhbərliyindən hakimiyyətə Heydər Əliyevin gətirilməsini tələb etdi. Dahi liderin    Azərbaycana qayıtması ölkənin bugünkü inkişafı və çiçəklənməsi istiqamətində əhəmiyyətli addımdır.

Həyatsevər insan kimi görkəmli siyasətçi öz xalqını, Xəzər dənizinin sahilini sevirdi, tez-tez neftçilər, pampıqçılar və digər peşələrin sahibləri ilə görüşərdi.

                Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.