Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə “28 may Respublika Günü”nə həsr edilmiş onlayn praktiki konfrans

27 may 20201-ci ildə Tarix-Coğrafiya fakültəsinin Universitet rəhbərliyi ilə birlikdə teams platformasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə “28 may Respublika Günü”nə həsr edilmiş onlayn praktiki konfrans keçirmişdir. Tədbirdə Tarix-Coğrafiya fakültəsinin professor-müəllim heyəti, fakültənin tələbələri, həmçinin universitetin dekan və kafedra müdirləri iştirak etmişdir. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “28 may Respublika günü tariximizin ən şanlı və parlaq səhifəsdir” mövzusunda, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu və yeri” mövzusunda, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü” mövzusunda, Ümumi tarix kafedrasının müəllimi Sevinc Qurbanova isə “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində” mövzusunda məruzələrlə çıxış etmişdilər.