“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ” VII ÜMUMRESPUBLİKA BİLİK YARIŞI

Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti bilik yarışı keçirilib. “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında 48 ali təhsil ocağı təmsil olunub.

Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komanda da bu yarışda iştirak edib.

2014-cü ildən ənənəvi təşkil edilən bilik yarışı gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi daşıyır. Bu ilki yarış eyni zamanda  Vətən müharibəsində əldə olunan şanlı zəfər tarixinə həsr edilib.

         Bilik yarışı 3 turdn ibarət olub. Hər turda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. Turların sonunda ümumi qiymətləndirmə üzrə 3 qalib komanda müəyyən edilib. Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.

         Bilik yarışında Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası isə beşinci yerə nail olub.