Pedaqoji kadr hazırlığında pedaqoji və istehsalat təcrübələrin keçirilməsi ilə bağlı seminar

Təcrübə və karyera şöbəsinin əməkdaşları  Universitetin Tarix-coğrafiya fakültəsinin Tarix, Sosial iş, Tarix müəllimliyi, Tarix və Coğrafiya müəllimliyi və Coğrafiya müəllimliyi ixtisasının tələbələri 2022-ci il fevral ayın 16-dan -2022-ci il may ayının 24-dək iştirak edəcəkləri pedaqoji təcrübə ilə bağlı məlumatlandırılıb.

         Tədbirdə iştirak edən tələbələrə universitetin Təcrübə və karyera şöbəsinin əməkdaşları, fakültə dekanı, kafedra müdirləri və təcrübə rəhbərləri tərəfindən pedaqoji təcrübə ilə bağlı metodiki işlər izah edilib, ali təhsil müəssisəsi ilə istehsal və xidmət müəssisələri arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən gənclərin təcrübədə olacağı yerlərin fəaliyyəti baradə ətraflı məlumat verilib. Bildirilib ki, fakültənin tələbələri Gəncə şəhərinin müxtəlif orta ümumtəhsil məktəblərində və Milli Elmlər Akademiyasının Gəncə Regional mərkəzində, Tarix Diyarşünaslıq müzeyində, Kitabxanalarada, Arxivlərdə, Tarix arxeoloji əhəmiyyət kəsb edən yerlərdə, SOS uşaq kəndində, Məşğulluq idarəsində, Bələdiyyələrdə, Əmək müfəttişliyində ixtisas kafedralarından olan rəhbər müəllimlərin proqramlarına uyğun olaraq təcrübə keçəcəklər.