31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL BAYRAMIDIR

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Dövlət quruculuğunun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər Azərbaycanın dünya birliyində layiqli yer tutmasına geniş imkanlar açır.

Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz misilsiz nailiyyətlər ölkəmizin hər bir vətəndaşı kimi, biz veteranlar üçün fəxr mənbəyidir. Yüksək intellektə və zəngin dövlətçilik təcrübəsinə malik Prezidentimizin siyasi iradəsini, qətiyyətini qiymətləndirir, veteranlara daim göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. Onun müdrik rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyuldu. Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlar azad edilib, bölgəmizdə davamlı sülh, sabitlik şəraiti yaranıb.

Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək!