2 Fevral -GƏNCLƏR GÜNÜ münasibəti ilə tədbir keçirilmişdir

Bu gün Gəncə Dövlət Universitetində 2 fevral – Gənclər Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan univeristetin Humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, bu istiqamətdə Gəncə Dövlət Universitetində görülən işləri toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

Universitet tələbələrinin çıxışından sonra bir qrup tələbəyə tədris ocağının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Fəxri fərmanlar tədqim edilmişdir. Bu tələbələr arasında Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi 4 kurs tələbələri Budaqova Gülnara Elçin qızı və Bədəlov Hüseyn Yadigar oğluna  verilmişdir.