“Azərbaycan İkinci Dünya müharibəsi illərində” mövzusunda açıq dərsi keçirilmişdir

 06 aprel  2022-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının II kursunda  Azərbaycan tarixi kafedrasının baş müəllim Əliyeva Lalə Yusif qızının  Azərbaycan tarixi-4 fənnindən “Azərbaycan İkinci Dünya müharibəsi illərində” mövzusunda açıq dərs keçirilmişdir.

         Açıq dərsdə  İkinci dünya müharibəsinin başlanması, Almaniyanın SSRİ-yə hücumu və Azərbaycan müharibə illərində. Respublika iqtisadiyyatının hərbi tərzdə yenidən qurulması. Cəbhənin yanacaqla təmin edilməsində Azərbaycan neftcilərinin rolu. Müharibə illərində milli diviziyaların yaradılması, azərbaycanlı döyüşçülərin cəbhədə, partizan və antifaşist müqavimət hərəkatında iştirakı. Azərbaycan mühacirəti müharibə illərində. Milli legionaların yaradılması. Azərbaycan mədəniyyəti müharibə illərində və digər məsələlər izah edildi.

         Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Azərbaycan tarixi kafedrasının müdiri dos.Emma Aslanova və Azərbaycan tarixi kafedrasının əməkdaşları iştirak etmişlər.