Təcrübəçi tələbənin sınaq dərsi keçirilmişdir

Gəncə şəhər 43 saylı tam orta məktəbdə Tarix-coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Şahverdiyeva Səbinə Fəxrəddin qızının Azərbaycan tarixi fənnindən “XV əsrdə ictimi-siyasi və iqtisadi vəziyyət” mövzusunda sınaq dərsi keçirilmişdir.

Sınaq dərsdə  üsul müəllimi T.ü.f.d, baş müəllim İlham Məmmədov, fənn müəlllim Təranə Əliyeva və təcrbəçi tələbələr iştirak ediblər.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosseində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyilan tələblər ödənildi.

Dərs yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbəri tərəfindən qiymətləndirildi və kömək məqsədilə bir sıra metodik xarakterli məsləhətlər verildi.