Təcrübəçi tələbənin sınaq dərsi

Gəncə şəhəri 43 saylı tam orta məktəbdə Tarix-Coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının 4 kurs tələbəsi Abdullayeva Şəbnəm Həsrət qızı 5 sinifdə Azərbaycan tarixi fənnindən “Şuşa sən azadsan” mövzusunda sınaq dərsi keçirilmişdir.

Sınaq dərsdə üsul müəllimi baş müəllim Mehdiyev Eldar, fənn müəllimi Bəylərova Aybəniz və təcrübəçi tələbələr iştirak ediblər.

Təcrübəçi dərsi müasir təlim metodlarına uyğun təşkil qurmuşdu. Dərs prosseində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyilan tələblər ödənildi.

Dərs yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbəri tərəfindən qiymətləndirildi və kömək məqsədilə bir sıra metodik xarakterli məsləhətlər verildi.