“Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda Respublika Elmi konfransı

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutun təşkilatçılığı ilə 5 may 2022-ci il tarixində “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə ŞUŞA” mövzusunda Respublika Elmi konfransı keçirilmişdir. Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Bağırzadə Cavid Vəkil oğlu “Difai” partiyasının Qarabağ və Şuşa- Qarabağ Birlik Məclisi” komitələri və onların fəaliyyəti haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir.