AMEA Gəncə bölməsində “Gəncə üsyanı-azadlığın bayraqdarı” Respublika elmi konfransı

AMEA Gəncə bölməsində “Gəncə üsyanı-azadlığın bayraqdarı” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransda Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və 1918-ci il iyun böhranı” mövzusunda, Ümumi tarix kafedasının baş müəllimi, t.ü.f.d. Nərgiz Rəsulova isə “Gəncə Azərbaycan milli azadlıq hərəkatının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi” mövzusunda məruzə ilə çıxış etmişdilər.