25 oktyabr 2022-ci il tarixində Tarix-Coğrafiya fakültəsinin Sosial iş II kursunda Sosial fənlər kafedrasının müəllimi Məmmədova Pərvanə İsmayıl qızının Sosial siyasət fənnindən “Sosial müdafiəyə ehtiyacı olan əhali kateqoriyaları” mövzusunda açıq dərsi olmuşdur.
Müəllimə dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə əlillik müdafiəsi sahəsində dövlət siyasətinin əsas istiqamətləri, qaçqınlar və məcburi köçkünlər, şəhid adının əbədilləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər, veteranlarlar bağlı dövlət siyasəti və s. məsələləri əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır.
Açıq dərsdə Tarix-coğrafiya fakültəsinin dekanı dos.Urfan Həsənov, tədris işləri üzrə dekan müavini, baş müəllim Niyaməddin Hacıyev, Ümumi tarix kafedrasının dos.Etibar Musayev, Coğrafiya kafedrasının baş müəllimi Sadıqov Təvəkgül, Sosial fənlər kafedrasının müdiri dos. Cavid Bağırzadə, p.ü.f.d. Azər Cəlilov və kafedranın digər əməkdaşları iştirak etmişlər.