“Ailə fəaliyyətinin müxtəlif ailə və mədəni kontekstinin qiymətləndirilməsi” mövzusunda açıq dərsi

13 aprel  2023-cü il tarixdə Tarix-coğrafiya fakültəsinin Sosial iş ixtisasının I kursunda  Sosial fənlər kafedrasının müəllimi Əhmədova Yeganə Mehman qızının Sosial iş nəzəriyyəsi və təcrübəsi fənnindən “Ailə fəaliyyətinin müxtəlif ailə və mədəni kontekstinin qiymətləndirilməsi” mövzusunda açıq dərsi olmuşdur.

         Açıq dərsdə ailə konteksti, ailə sisteminin xarici hədləri, daxili hədləri və ailə subsistemləri, ailənin güc və səlahiyyəy strukturu və digər məsələlər mühazirədə tələbələrə geniş izah edildi. Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər ödənildi.

         Açıq dərsdə Tarix-Coğrafiya fakültəsinin dekanı dosent Urfan Həsənov, tədirs işləri üzrə dekan müavini baş müəllim Niyaməddin Hacıyev, Sosial fənlər kafedrasının müdiri dosent Cavid Bağırzadə, p.ü.f.d. Azər Cəlilov, b/m. Şəhriyar Quliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.