Tarix-Coğrafiya fakültəsində monitorinq keçirildi

18.04.2023-cü il tarixdə  Tarix-Coğrafiya  fakültəsində dos.Allahverdi Quliyevin sədrliyi ilə monitorinq keçirildi. Monitorinq qrupunun üzvləri dərs cədvəli üzrə Tarix və Coğrafiya müəllimliyi, Tarix müəllimliyi  və Sosial iş ixtisasında I və III kurslarda   keçilən mühazirə və seminar məşğələlərində  iştirak etdi. Müzakirədə monitorinq üzvləri və  mühazirə və seminarları dinlənilən  bütün müəllimlər iştirak edirdi. Monitorinq üzvlərindən hər biri çıxış edərək iştirak etdiyi dərslər haqqında  fikir bildirdilər. Onlar  dərslərin yüksək səviyyədə keçildiyini, müəllimlərin hazırlıqlı olduğunu və sənədlərin qaydasında olduğunu qeyd etdilər.