Təcrübəçi tələbənin “Albaniyada əhalinin təsərrüfat həyatı. Şəhərlər” mövzusunda sınaq dərsi

Gəncə şəhər 30 nömrəli  tam orta məktəbdə Tarix-Cografiya  fakültəsinin Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aysel İsgəndərlinin Azərbaycan tarixi fənnindən  “Albaniyada əhalinin təsərrüfat həyatı. Şəhərlər” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə təcrübə rəhbəri Təcrübə və karyera şöbəsinin müdiri dos. Cabbar Qarayev, Azərbaycan tarixi kafedra müdiri vəzifəsinin icra edən baş müəllim Eldar Mehdiyev, baş müəllim Lalə Əliyeva, fənn müəllimi Sevda Hüseynova və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər. 

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.