29 oktyabr 2024-cü ildə Azərbaycan tarixi kafedrasında Gəncə Dövlət Universitetinin doktorantı Günay Şöhrəddin qızı Quliyevanın 5503.02- “Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqim etdiyi “Türkiyə-İran və Türkiyə Azərbaycan münasibətlərində xeyriyyə və dostluq cəmiyyətlərinin yeri və rolu (XIX əsrin sonu – XX əsrin ortalarında)” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Müzakirədə doktorant Günay Şöhrəddin qızı Quliyevanın dissertasiya işinin səsvermə nəticəsində yekdilliklə müdafiəyə buraxılması barədə qərar qəbul edilmişdir.