





05 noyabr 2024-cü ildə Sosial fənlər kafedrasında Gəncə Dövlət Universitetinin dissertantı Gülnar Yaşar qızı Rəhimovanın 5908.01- Siyasi nəzəriyyə ixtisasında siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Demokratik cəmiyyətdə siyasi iştirakın əsasları: Azərbaycan timsalında nəzəri və empirik təhlil” dissertasiya işinin müzakirəsi keçirilmişdir. Müzakirədə Gəncə Dövlət Universitetinin Doktorantura şöbəsinin müdiri, İqtisadiyyat üzrə fəlsəfə doktoru Vəliyev Maqsud Rauf oğlu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Nürəddin Nizami oğlu İbrahimov, ADAU-nun İctimai elmlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəksəfə doktoru Ceyhun Nadir oğlu Hüseynov, siyasi elmlər üzrə fəlsəfə doktoru Samir Tofiq oğlu Cəfərov, siyasi elmlər üzrə fəlsəfə doktoru Arifə Abbasəli qızı Əhmədli və digər mütəxəssislər də iştirak etmiş və online olaraq qoşulmuşdur.
Müzakirədə Gülnar Yaşa qızı Rəhimovanın dissertasiya işinin səsvermə nəticəsində yekdilliklə müdafiəyə buraxılması barədə qərar qəbul edilmişdir.