Sosial fənlər kafedrasında dissertasiya işinin müzakirəsi keçirilmişdir

17 mart 2025-ci il tarixindəSosial fənlər kafedrasının Ümumi fəlsəfə-7203.01 ixtisası üzrə dissertantı Əsədova Turanə Bahəddin qızının fələsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqim etdiyi “Şüur və süni intellekt konseptinin ümumi fəlsəfi təhlili” adlı mövzusunda işinin müzakirəsi keçirilmişdir.

Müzakirədə Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikultralizim kafedrasının müdiri, f.ü.f.d.,dosent Fuad Yusifov, həmin kafedranın dosenti, f.ü.f.d. Hüseyn Budaqov, elmi rəhbər f.e.d.,prof. Əyyub Kərimov, rəyçilərədən AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdir müavini f.ü.f.d., dosent Vüsal Zülfüqarov,  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.e.d., prof. Sakit Hüseynov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı f.e.d., prof.Arif Bünyatov iştirak etmişdir.

Müzakirədə Ümumi fəlsəfə-7203.01 ixtisası üzrə dissertant Əsədova Turanə Bahəddin qızının dissertasiya işinin səsvermə nəticəsində yekdilliklə müdafiəyə buraxılması barədə qərar qəbul edilmişdir.