Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun təşəbbüsü ilə 19 may 2016-cı il tarixdə M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin X sinifində universitetin Tarix – coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun “Azərbaycanda XIX əsrin I yarısında çarizmin müstəmləkə siyasəti, inzibati – məhkəmə islahatları və çarizmə qarşı üsyanlar“ mövzusunda açıq dərsi olmuşdur.
Tədbirdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, Azərbaycan tarixi fakültəsinin baş müəllimi Eldar Mehdiyev, Ümumi tarix kafedrasının baş müəllimi Saidə İsmayılzadə, Psixologiya kafedrasının baş müəllimi Leyla Həsənova, həmin məktəbdə təcrübə keçən Filologiya və Pedaqoji fakültələrinin tələbələri və şagirdlər iştirak edirdilər.
Universitet müəlliminin orta məktəbdə açıq dərs keçməsi istər müəllim kollektivi, istərsə də şagirdlər tərəfindən olduqca maraqla qarşılandı. Şagirdlərin verdikləri suallara dolğun cavablar onların hər birində elmə, təhsilə qarşı ciddi həvəs yaratdırdı.