Bu gün ilaxır çərşənbədir – torpaq çərşənbəsi

Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz […]

Davamı

Sosial fənlər kafedrasının magistrantının “Təşkilat və icmalarda təhsil və bilik mübadiləsi proqramı” mövzusunda sınaq dərsi

12 mart 2025-ci il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının 2 kurs magistrantı Hacıyeva Ləman Elmi qızı Tədqiqat və elmi pedaqoji təcrübədə Tarix-Coğrafiya fakültəsinin Sosial iş ixtisasının 3 kursunda Təşkilat və icmalarla sosial iş fənnindən “Təşkilat və icmalarda təhsil və bilik mübadiləsi proqramı” mövzusunda sınaq dərsi olmuşdu. Sınaq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. […]

Davamı

Sosial fənlər kafedrasının magistrləri Elmi tədqiqat və elmi pedaqoji təcrübədə fəal iştirakı

Sosial fənlər kafedrasının magistrləri Elmi tədqiqat və elmi pedaqoji təcrübədə iştirakı zamanı kafedranın müəllimlərinin mühazirə və seminar dərslərində iştirak edirdilər. Kafedra müdüri dos. C.Bağırzadə magistlərlə də görüş keçirdi. Magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsi professional magistr hazırlığı proqramının ayrılmaz hissəsidir və magistrantların təhsil prosesində əldə etdikləri nəzəri və təcrübi biliklərin daha çox genişlənərək möhkəmlənməsinə, gələcək professional […]

Davamı

Ümumi tarix kafedrasının əyani doktorantı İlkin Mustafayevin dissertasiya işinin ilkin müzakirəsi

12.03. 2025-ci il tarixində Ümumi tarixi kafedrasında Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin əyani doktorantı Mustafayev İlkin Zülfüqar oğlunun 5502.01-“Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqim etdiyi “1900-1903-cü illər Ümumdünya iqtisadi böhranı və onun Avropa ölkələrinə təsiri” dissertasiya işinin müzakirəsi keçirilmişdir. Müzakirədə Ümumi tarix kafedrasının müdiri, dos. E.Musayev, Azərbaycan tarixi […]

Davamı

Tarix-Cografiya fakültəsinin Tarix ixtisasının IV-cü kurs tələbələrinin istehsalat təcrübəsi davam edir

Tarix-Coğrafiya fakültəsinin Tarix ixtisasi IV-cü kurs tələbələrini Gəncə şəhərinin ziyalı xanımı, millət vəkili, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə, Ümumi tarix kafedrasının müəllimi Ramin Abbasov ilə birlikdə orta əsrlərin ən böyük şairi və mütəfəkkirlərindən biri olan, Azərbaycan ədəbiyyatının klassiki və farsdilli poeziyanın görkəmli nümayəndəsi, epik poeziyanın ustadı Nizami Gəncəvinin məqbərisini, muzeyini və eyni zamanda […]

Davamı

“Təşkilat nəzəriyyəsi elmi biliklər sistemində”mövzusunda sınaq dərsi

06 mart 2025-ci il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının 2 kurs magistrantı Mədinə İsmayılova Elmi tədqiqat və elmi pedaqoji təcrübədə Tarix -Coğrafiya fakültəsinin Sosial iş ixtisasının 3 kursunda Təşkilat və icmalarla sosial iş fənnindən “Təşkilat nəzəriyyəsi elmi biliklər sistemində” mövzusunda sınaq dərsi keçirilmişdir. Sınaq dərsdə Sosial fənlər kafedasının müəllimləri dos.əv. Azər Cəlilov, b/m.Şəhriyar […]

Davamı

Tarix-Coğrafiya fakültəsinin Tarix 4 kurs tələbələri istehsalat təcrübəsində

Tarix-Coğrafiya fakültəsinin Tarix 4 kurs tələbələri istehsalat təcrübəsində iştirak edirlər. Ümumi tarix kafedrasının müəllimi Ramin Abbasovun rəhbərliyi ilə tələbələr AMEA-nın Gəncə bölməsində və Gəncənin maddi mədəniyyət abidələri İmamzadə türbəsi, Şah Abbas karvansarası, Uğurlu xan karvansarasın da olmuşlar. Məqsəd Azərbaycan xalqının həyatında mühüm yer olan Gəncənin mədəniyyət abilərini tələbələrə tanış etməkdir.

Davamı

“Qloballaşma prosesləri, onun sahələri, mərhələləri, müsbət və mənfi cəhətləri” mövzusunda açıq dərs

03 mart 2025-ci il tarixində Sosial fənlər kafedrasının Gənclərlə iş ixtisasının 2 kurs magistrantı İsmayılova Zərifənin Elmi tədqiqat və elmi pedaqoji təcrübədə Tarix-Coğrafiya fakültəsinin Sosial iş ixtisasının 3 kursunda Qloballaşma və beynəlxalq sosial iş fənnindən “Qloballaşma prosesləri, onun sahələri, mərhələləri, müsbət və mənfi cəhətləri” mövzusunda sınaq dərsi keçmişdir. Sınaq dərsdə Sosial fənlər kafedrasının müdiri dos. […]

Davamı

“Müasir coğrafiya dərsi” mövzusunda açıq dərs

Tarix -Coğrafiya fakültəsinin Coğrafiya kafedrasının baş müəllimi Sadıqov Təvəkgül Tofiq oğlunun 03 mart 2025-ci il tarixində Coğrafiya müəllimliyi 3 kurs ixtisasında Coğrafiyanın tədrisi metodikası fənnindən “Müasir coğrafiya dərsi” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Müasir müəllim və onun pedaqoji səviyyəsi, dərsin mərhələləri, motivasiya anlayışı və onların qurulmasına verilən tələblər, problemin qoyulması və tədqiqatın aparılması, məlumat […]

Davamı

“Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” mövzusunda açıq dərs

28 fevral  2025-ci il tarixdə Tarix-coğrafiya fakültəsinin Tarix ixtisasının III kursunda  Azərbaycan tarixi kafedrasının baş müəllimi Əliyeva Lalə Yusif qızının “Azərbaycanın müasir dövlətçilik tarixi (1918-2020)” fənnindən “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə müəllimə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil […]

Davamı