9 NOYABR
9 noyabr Bayraq bayramı münasibətilə şəhərimizin Bayraq meydanında keçirilən bayram tədbirinə Tarix-coğrafiya fakültəsinin bütün kollektivi də qatılmışdı. Bayramımız mübarək!!!!!!!
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun təşəbbüsü ilə 25 oktyabr 2016-cı il tarixində M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə universitetin Tarix – coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının müəllimi t.ü.f.d. dos.əvəzi Etibar Musayevin “XIX əsrin 30-40-cı illərində Azərbaycanda sosial-iqtisadi vəziyyət” mövzusunda açıq dərs keçmişdir.
24.05.2016-cı il tarixində Sosial fənlər kafedrasında növbəti iclas keçirildi. İclası kafedra müdiri dos.Cavad Tağıyev apardı. İclasda bir sıra məsələlər müzakirə edildi
Tarix-coğrafiya fakültəsinin tələbələri tədris ilində şəhərin müxtəlif məktəblərində pedoqoji təcrübə keçirlər. Nümunəvi açıq dərslərdən biri də baş müəllim Xatirə İlyasovanın rəhbərliyi altında təşkil olunmuşdur.
Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibovun təşəbbüsü ilə 19 may 2016-cı il tarixdə M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin X sinifində universitetin Tarix – coğrafiya fakültəsinin Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmovun “Azərbaycanda XIX əsrin I yarısında çarizmin müstəmləkə siyasəti, inzibati – məhkəmə islahatları və çarizmə qarşı üsyanlar“ mövzusunda açıq dərsi olmuşdur. […]
Gəncə Dövlət Universitetinin bütün müəllim və tələbələri 09.05.2016-cı il tarixində keçirilən iməcilikdə iştirak etdilər. Tarix-coğrafiya fakültəsi də dekan dos.Urfan Həsənov başda olmaqla fakültənin bir qrup müəllim və fəal tələbələri tədbirdə iştirak etdilər. dos.Urfan Həsənov […]
Gəncə Avropa gənclər paytaxtı seçildi. Tələbələrimiz Gəncədə keçirilən fleşmobda iştirak etdi. Bu münasibətlə bayram konserti təşkil olunmuşdu. Tələbələrimiz bayram tədbirinə gedərkən.